“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Daşkəsən şəhərində təmizlik aksiyası keçirilib
02 may 2024 | 16:04
Mayın 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən şəhərininərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 5.2-ci bəndinə uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi məqsədilə növbəti təmizlik aksiyası keçirilib.
Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənc könüllülər və sakinlər həvəslə iştirak ediblər.
Təmizlik aksiyası zamanı şəhər və Daşkəsən Şəhidlər Xiyabanı ərazisində təmizlik işləri aparılıb, toplanmış bərk məişət, o cümlədən digər tullantılar aidiyyəti üzə təhvil verilib.