“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Daşkəsən rayonunun Zağalı kəndində təmizlik aksiyası keçirilib
Mayın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən rayonunun Zağalı kəndi ərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 5.2-ci bəndinə uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi məqsədilə növbəti təmizlik aksiyası keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti əməkdaşlarının, könüllülərin və kənd sakinlərinin həmrəyliklə iştirak etdiyi aksiyada həmçinin təbiət ərazilərində təmizliyə riayət olunması, müəyyən olunmayan ərazilərə məişət tullantılarının atılmasının qarşısının alınması və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb edilməsi təşviq olunub.
Ekoloji aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, toplanmış bərk məişət, o cümlədən digər tullantılar aidiyyəti üzə təhvil verilib.