Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Daşkəsən rayonunun Xoşbulaq kəndində təmizlik aksiyası keçirilib

08 may 2024 | 14:07

Mayın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 5.2-ci bəndinə uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi məqsədilə təmizlik aksiyası keçirilib. Aksiya çərçivəsində həmçinin əsasən yay turizm məkanı olan Xoşbulaq kəndində daimi təmizliyin təmin edilməsi üçün təbiət ərazilərində təmizliyə riayət olunması, müəyyən olunmayan ərazilərə məişət tullantılarının atılmasının qarşısının alınması və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb edilməsi təbliğ və təşviq olunub.

Təmizlik aksiyasında Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, könüllülər və kənd sakinləri iştirak ediblər. Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, toplanmış bərk məişət, o cümlədən digər tullantılar aidiyyəti üzə təhvil verilib.

Turizm mövsümünün başlanmasına az qalmış növbəti belə ekoloji tədbirin keçirilməsi kənd sakinləri tərəfindən razılıqla qarşılanıb.

Keçidlər