Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Daşkəsən qəsəbəsində təmizlik aksiyası keçirilib

29 aprel 2024 | 15:29

Aperlin 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən qəsəbəsinin ərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi məqsədilə növbəti təmizlik aksiyası keçirilib.

Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, könüllülər və sakinlər iştirak ediblər.

Təmizlik aksiyası zamanı ərazidə təmizlik işləri aparılıb, toplanmış bərk məişət və digər tullantılar  aidiyyəti üzrə təhvil verilib.

Keçidlər