Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Yaşıl dünya naminə həmrəy olaq!” mövzusunda bir qrup gənclə görüş təşkil olunub

09 sentyabr 2024 | 14:32

Sentyabrın 9-da Daşkəsən Rayon İcra Hakimiyyəti rayon üzrə Gənclər və İdman Sektoru və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Daşkəsən bölməsi ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünya naminə həmrəy olaq!” mövzusunda bir qrup fəal gənclə görüş keçirib.

Daşkəsən RİH-nin məsul əməkdaşı Elmar Əliyev, rayon üzrə Gənclər və İdman Sektorunun müdiri Samir Həsənov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Daşkəsən bölməsinin əməkdaşı Gültəkin Məmmədova, BDU-nun 3-cü kurs tələbəsi gənc ekoloq fəal Fidan Məmmədəliyeva mövzuya dair çıxışlarında bildiriblər ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişiklikləridir. İqlim dəyişiklikləri və onun canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat edir. Ölkəmiz də qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmamışdır. Azərbaycanda kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonalar iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizəyə diqqətin artırılması məqsədilə Prezident cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncamdan irəli gələn Tədbirlər Planının icrası, habelə COP29 kimi mötəbər beynəlxalq tədbirə ölkəmizin evsahibliyi etməsi Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Ölkəmizin hər yerində olduğu kimi Daşkəsən rayonunda da ətraf mühitin qorunması istiqamətində işlər müxtəlif təsirli tədbirlərlə uğurla davam etdirilir.

Sonda gənclərlə mövzu ətrafında, eləcə də gələcəkdə rayonda həyata keçiriləcək maarifləndirici tədbirlər, aksiyalar və təlimlər haqqında müzakirələr aparılıb.

           

 

Keçidlər