“Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda keçirilən regional seminar-müşavirədə Daşkəsən rayonundan olan nümayəndələr də iştirak ediblər
Aprelin 19-da Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Gəncə şəhərində regional seminar-müşavirə keçirib.
Şəhər və rayon icra hakimiyyətləri, bələdiyyə, meşə mühafizəsi və bərpası müəssisələri, sahibkarların, fermer təsərrüfatları nümayəndələrinin iştirak etdiyi regional seminar-müşavirədə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, hazırlanmış birgə fəaliyyət planı haqqında məlumat verilib. Həmçinin, meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılıb.
Yekun olaraq tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamaları barədə çağırış edilib.
Regional seminar-müşavirədə Daşkəsən rayonundan olan nümayəndələr də iştirak ediblər.