Xoşbulaq kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti təmizlik aksiyası təşkil olunub
Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon mədəniyyət müəssisələrinin əməkdaşları ilə birgə Xoşbulaq kəndinin ərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi məqsədilə növbəti təmizlik aksiyası keçirib, habelə ətraf mühitin sağlamlaşdırılması üçün təmizliyə riayət olunması, məişət tullantıları ilə zibillənmənin qarşısının alınması kənd sakinləri arasında təbliğ olunub.Təmizlik aksiyası zamanı çay yatağı boyu çirklənmiş ərazilər bərk məişət və digər tullantılardan təmizlənərək aidiyyəti üzə təhvil verilib.