Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Vətən müharibəsinin şəhidləri Ramid Tağıyevin və Asif Tağıyevin anım günləri Daşkəsən Şəhidlər Xiyabanında qeyd olunub.

18 noyabr 2023 | 12:08

Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin və digər qurumların rəhbər və məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarları ziyarət edilib, üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxuyub.

Eyni zamanda şəhidlərin valideynləri və ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov 44 günlük Vətən müharibəsində daşkəsənli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı görməyən gənclərin yüksək vətənpərvərliyi və şücaəti sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu, bu cür igid oğullar böyütdükləri üçün şəhidlərin valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə müqəddəs üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanmasının hər bir azərbaycanlının qəlbində fəxarət hissi yaratdığını vurğulayıb, bu torpaqlarda aparılan iri miqyaslı quruculuq işlərindən söhbət açıb, soydaşlarımızın tezliklə öz tarixi, ata-baba evlərinə qayıdaqcaqlarını qeyd edib.

Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin, müharibə iştirakçılarının problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.   

Şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tağıyev Ramid Yaqub oğlu 1994-cü il fevralın 25-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid Tağıyev 2020-ci il sentyabrın 27-də  Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə vuruşub. Ramid Tağıyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. 18.11.2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Subay olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra ”İgidliyə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Tağıyev Asif Zakir oğlu 1985-ci il fevralın 23-də Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Tağıyev 44-günlük Vətən müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə vuruşub. Asif Tağıyev oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. 18.11.2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Özündən sonra üç övladı yadigar qalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra ”İgidliyə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.

Keçidlər