Vətən müharibəsinin şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin anım günləri Daşkəsən Şəhidlər Xiyabanında qeyd olunub.
Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin və digər qurumların rəhbər və məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarları ziyarət edilib, üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxuyub.
Eyni zamanda şəhidlərin valideynləri və ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.