Vətən Müharibəsi şəhidləri Sadıqov Rüfət Vaqif oğlunun ildönümü, Verdiyev Nihad Nicat oğlunun isə doğum günü qeyd olunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının məsul əməkdaşlarının, bir qrup şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətən Müharibəsi şəhidləri Sadıqov Rüfət Vaqif oğlunun ildönümü Daşkəsən Şəhidlər xiyabanında, Verdiyev Nihad Nicat oğlunun isə doğum günü Gəncə şəhər Şəhidlər xiyabanında ziyarət olunub. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.
Sadıqov Rüfət Vaqif oğlu 13 noyabr 1995-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşaraq oktyabr 1-də qəhrəmancasına şəhid olub. 19 dekabr 2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib. Subay olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına ğörə" medalları ilə təltif edilmişdir.
Nihad Nicat oğlu Verdiyev 19.12.2003-cü il tarixdə Daşkəsən rayon Qaraqullar kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun “KOMANDO” Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri kimi “Qisas” əməliyyatında iştirak etmişdir. 13.09.2022-ci il tarixdə Laçın rayonunda erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 16.09.2022-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Subay idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı və ilə təltif edilmişdir.