Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Vətən müharibəsi şəhidləri Bəxtiyarov Orxan Sərvər oğlunun və İsmayılov Tural Nürəddin oğlunun anım günü keçirilib

16 noyabr 2023 | 14:49

Anım mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin və Rayon Polis şöbəsinin rəhbər və məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarları ziyarət edilib, üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxuyub.

Eyni zamanda şəhidlərin valideynləri və ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.

Şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bəxtiyarov Orxan Sərvər oğlu 1991-ci il sentyabrın 13-də Daşkəsən şəhərində anadan olub.  Azərbaycan Ordusunun əsgəri olan Orxan Bəxtiyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə vuruşub və noyabrın 8-də şəhid olub. 16.11.2020 ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Özündən sonra iki övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra ”Cəsur döyüşçü”, “Vətən uğrunda” və ”Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

İsmayılov Tural Nürəddin oğlu 1999-cu il martın 10-da Daşkəsən rayonunun Zivlan kəndində anadan olub. Vətən müharibəsi zamanı noyabrın 8-də Şuşa döyüşlərində şəhid olub. 16.11.2020-ci il tarixdə böyük izdihamla Gəncə Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra ”Cəsur döyüşçü”, “Vətən uğrunda” və  ”Şuşanın azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

Keçidlər