Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Vətən müharibəsi şəhidləri Abdullayev Həsən Qərib oğlunun və İsrəfilov Vidadi Vaqif oğlunun şəhadətlərinin üçüncü ildönümü qeyd olunub

12 noyabr 2023 | 10:20

12 noyabr 2023-cü il tarixdə Gəncə şəhər Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsi zamanı ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan daşkəsənli şəhidlər Abdullayev Həsən Qərib oğlunun və İsrəfilov Vidadi Vaqif oğlunun anım mərasimləri keçirilib.

Mərasimlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul işçiləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidin doğmaları ilə birlikdə şəhidlərin məzarı ziyarət edilib, onünə gül dəstələri düzülüb, ruhuna dua oxuyub.

Sonra Gəncə şəhərində ehsan süfrəsi açılıb.

İsrəfilov Vidadi Vaqif oğlu 18 iyun 1987-ci ildə Daşkəsən rayonunun Gurbulaq kəndində anadan olub. Doğulduğu kənd ümumi orta məktəbinin müəllimi olmuş şəhid Vidadi İsrəfilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. Qəhrəman müəllimimiz 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. İki övladı yadigar qalıb.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra ”Cəsur döyüşçü”, “Vətən uğrunda” və  ”Şuşanın azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

Abdullayev Həsən Qərib oğlu 21 iyun 1994-cü ildə Daşkəsən şəhərində doğulmuşdur. 8 sentyabr 2020-ci il tarixdən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətə başlanmış daha sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmişdir.  6 noyabr 2020-ci ildə Daşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. 12 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi.

Abdullayev Həsən Qərib oğlu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Keçidlər