Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Vətən müharibəsi şəhidi Verdiyev Röyal Qabil oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib

03 dekabr 2023 | 10:53

03 dekabr 2023-cü il tarixində Daşkəsən rayonunun Xoşbulaq kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Verdiyev Röyal Qabil oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə şəhidin Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilib.

Şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər