Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Vətən müharibəsi iştirakçısı Abbasov Möhlət Eldəniz oğlunun anım mərasimi keçirilib

09 noyabr 2023 | 11:51

9 noyabr 2023-cü il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsi zamanı ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan şəhid Abbasov Möhlət Eldəniz oğlunun anım mərasimi keçirilib.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul işçiləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidin doğmaları ilə birlikdə şəhidin  məzarı ziyarət edilib, onünə gül dəstələri düzülüb, ruhuna dua oxuyub.

Sonra Gəncə şəhərində ehsan süfrəsi açılıb.

Abbasov Möhlət Eldəniz oğlu 2001-ci ildə Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. 2020-ci il noyabrın 6-da Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib

Keçidlər