Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndəliyinə 20 nəfər fəal məktəblinin seçimi başlayıb
Uşaq Səfirlər Məclisinin regional tədbirlər planının müvafiq bəndinin icrası məqsədilə martın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən şəhər 2 nömrəli tam orta məktəbdə Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndəliyinə 20 nəfər fəal məktəblinin seçimi başlayıb.
Görüşdə Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə və rayonun ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri iştirak ediblər.
Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndəsi Nərmin Məmmədzadə geniş təqdimatla çıxış edib və iştirakçılara "Fəallar" komandası, Uşaq Səfirlər Məclisi haqqında ətraflı məlumat verib.
Məktəblilərin bilik və bacarıqları ilə daha yaxından tanış olmaq məqsədilə əvvəlcədən hazırlanmış sorğu vərəqələri paylanılıb. Həmin sorğunun nəticələrinə əsasən 10 nəfər qız və 10 nəfər oğlan məktəbli olmaqla "Fəallar" komandası təşkil olunub.
Sonda sorğuda daha kreativ fikirlər yazan məktəblilərə plastik qutu və kağızların yenidən istifadəsi nəticəsində hazırlanmış bitkilər hədiyyə edilib.