Ticarətin əsas göstəriciləri
2023-cü ilin yanvar-dekabr aylarında rayonun pərakəndə ticarət şəbəkələri üzrə əmtəə dövriyyəsinin həcmi 93586,3 min manat olmuşdur ki, onun 15938,6 min manatı və ya 17,0 faizi hüquqi şəxslərə, 77647,7 min manatı və ya 83,0 faizi isə fərdi sahibkarlara aiddir. 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə pərakəndə ticarət dövriyyəsinin həcmi 100,4 faiz olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin quruluşunda 61546,4 min manat və ya 65,8 faiz ərzaq mallarına, 32039,9 min manat və ya 34,2 faiz isə qeyri-ərzaq mallarına aiddir. 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə ərzaq mallarının həcmi 103,8 faiz təşkil edir.
2023-cü ilin yanvar-dekabr aylarında rayon üzrə topdansatış əmtəə dövriyyəsinin həcmi 448,2 min manat olmuşdur və 2022-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə topdansatış əmtəə dövriyyəsinin həcmi 5,1 faiz artmışdır.