Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Təmiz Daşkəsən” layihəsi uğurla yekunlaşıb

21 oktyabr 2024 | 16:11

“AzerGold” QSC-nin təşkilatçılığı, Səhmdar Cəmiyyətinin törəmə şirkəti - “Daşkəsən Dəmir Filiz” MMC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Təmiz Daşkəsən” ekoloji layihəsi uğurla icra olunub.

“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə təşkil edilən layihə çərçivəsində növbəti aksiyada “AzerGold” QSC, “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları və RİİB könüllüləri iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən Zəylik çayının Daşkəsən rayonunun Quşçu kəndindən keçən hissəsində təqribən 3 hektara yaxın ərazi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib.

Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib.

Keçidlər