Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Tapan kəndində növbəti səyyar qəbul-görüş keçirilib

06 sentyabr 2023 | 14:50

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun dövrü olaraq rayonun bütün yaşayış məntəqələrində sakinlərlə səyyar qəbul-görüşlər keçirilir. Keçirilən səyyar qəbulların məqsədi vətəndaşları narahat edən məsələləri birbaşa yerində öyrənmək və onların qarşılaşdıqları problemləri vaxtında həll etməkdir.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov sakinlərlə növbəti səyyar qəbul-görüşü rayonun Tapan kəndində keçirib.

Qəbulda RİH-in məsul şəxsləri, rayonunun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, mədəniyyət, təhsil, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

V.Məmmədov keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Tapan kəndində yeni inşa olunmuş modul tipli ümumi məktəbin yeni tədris ilində istifadəyə verilməsini əlamətdar hadisə kimi qiymətləndirib.

Eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.

Sonra sakinlərin müraciətləri dinlənilib.

Kənd sakinləri məşğulluq, kənd yollarının və su keçidinin cari təmir olunması, kəndə qaz xəttinin çəkilməsi və digər şəxsi məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər