Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Sudan səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

24 noyabr 2023 | 09:21

Sudan səmərəli istifadə ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Sukanal sahəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Elmin Paşayev çıxış edərək dünyanın bir çox ölkələrində iqlim dəyişikliyi ilə əlaqədar su ehtiyatlarının azaldığından, insanların su çatışmazlığından əziyyət çəkdiyindən, ölkəmizdə əhalinin içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində həyata keçirilən layihələrdən və nəzərdə tutulan tədbirlərdən bəhs edib.

Digər çıxış edənlər hər bir vətəndaşın sudan qənaətlə istifadə etməsini, dünyada su ehtiyatının azalması barədə təhlükənin ciddiyə alınmasını və bu məsələ ilə bağlı sakinlərlə tez-tez maarifləndirici söhbətlərin aparılmasını tövsiyə ediblər. Su ehtiyatlarından səmərli istifadə ilə bağlı verilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Keçidlər