Sentyabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
13 sentyabr 2024 | 15:31
Qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlər barədə müraciət və təklifləri fərdi qaydada dinlənilib.
İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerində həll edilib. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti üzrə göndərilməsi üçün nəzarətə götürülüb.