Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Sənayenin əsas göstəriciləri haqqında

21 fevral 2024 | 10:29

Daşkəsən rayonunun sənayesinin əsasını mədənçıxarma sənayesi; elektrik enerjisi; qaz istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir. 2023-cü ildə Daşkəsən rayonunda 8 sənaye müəssisəsi və fərdi sahibkarlar fəaliyyət göstərmişdir.

İlkin göstəricilərə əsasən sənaye müəssisələri, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 2023-cü ildə 242,6 milyon manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Ümumi istehsalın 99,1 faizi və ya 240,3 milyon manatı sənaye məhsullarının istehsalı, 0,9 faizi və ya 2,3 milyon manatı isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə mədənçıxarma sənayesində metal filizlərinin hasilatı 0,2 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,9 faiz artmışdır. 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2024-cü il vəziyyətinə 6,1 milyon manatlıq hazır məhsul olmuşdur.

Keçidlər