Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Şəhid Cəfərov Vüsal Saxləddin oğlunun anım günü qeyd olunub.

18 dekabr 2023 | 09:25

Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, şəhidin valideynləri və  rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. 

Şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Cəfərov Vüsal Saxləddin oğlu 1990-cı il martın 1-də Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Cəfərov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində 01.10.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub. 18.12.2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Özündən sonra iki övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra ”Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə”, medalları ilə təltif edilmişdir.

Keçidlər