Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Şəhid Anar Faid oğlu Mürsəlovun atasının yas mərasimi keçirilib.

11 iyul 2024 | 14:21

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov RİHB-nin müavini Namiq Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəisi Səbuhi Abdullayev və YAP rayon təşkilatının sədri Meydanəli Yolçiyev və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Birinci Qarabağ Müharibəsi şəhidi Anar Mürsəlovun atası Faid Mürsəlovun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.

Qeyd edək ki, şəhid Anar Faid oğlu Mürsəlov 1975-ci il sentyabr ayının 7-də Daşkəsən şəhərində anadan olmuşdur. Orta təhsilini A.S.Puşkin adına orta məktəbdə aldıqdan sonra 1994-cü il yanvarın 15-də erməni işğalçılarına qarşı döyüşmək üçün Milli Ordu sıralarına qoşularaq hərbi xidmətə getmişdir. Düşmənə qarşı aparılan bütün döyüşlərdə iştirak etmiş və 1994-cü il aprelin 24-də Ağdam rayonunun Şotlanlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olaraq itkin düşüb. Hazırda oxuduğu məktəb onun adını daşıyır. Subay idi.

Şəhidin anası Qızbəs Abbasova öz adından və bütün şəhid valideynləri adından onlara göstərilən yüksək diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.

Keçidlər