Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

"Sağlam və rasional qidalanma” mövzusunda növbəti maarifləndirici görüş məktəblilərlə təşkil olunub

18 sentyabr 2024 | 15:34

Sentyabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyəti Rayon Mərkəzi Xəstəxanası və rayon üzrə Təhsil Sektoru ilə birgə Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbdə  “Sağlam və rasional qidalanma” mövzusunda növbəti maarifləndirici görüş keçirib.

Tədbirdə qeyri-rasional qidalanmanın orqanizmə fəsadları, sağlam qidalanmanın müsbət təsirləri, qidaların hansı vitamin və minerallarla daha zəngin olması haqqında məlumatlar verilib. Eyni zamanda şagirdlərin diqqətinə çatdırılıb ki, sağlamlığın böyük bir hissəsini gündəlik fiziki aktivliklə yanaşı, rasional qidalanma təşkil edir.

Sonda şagirdlərin və müəllimlərin fikirləri dinlənilib, suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

Keçidlər