Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Rəsullu kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib

06 dekabr 2023 | 16:52

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə Rayon İcra Hakimiyyəti rəhbərlərinin səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar qəbul-görüş rayonun Qabaqtəpə kənd İƏD üzrə nümayəndəliyinin Rəsullu kəndində keçirilib.

Qəbulda RİH-in məsul şəxsləri, rayonunun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Qəbulda Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov  möhtərəm Prezident cənab İlham Əliyevin   rəhbərliyi ilə əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən böyük layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra sürətlə bərpa işləri aparılan kəndlərdən, eləcə də şəhid və qazi ailələrinə, Vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonda aparılan tikinti-quruculuq-abadlıq işlərindən danışıb.

Sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.

Sonra sakinlərin müraciətləri dinlənilib.

Kənd sakinləri yollara qum-duz qarışığı ehtiyatının toplanması, kəndə qaz xəttinin çəkilməsi, elektrik dirəyinin yerinin dəyişdirilməsi, işlə təmin olunma, yanacaq üçün odun verilməsi, ərazidəki su keçidinin bərpası, mənzil növbəliliyi və digər şəxsi məsələləri ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbərliyi tərəfindən müvafiq qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər