Rayon icra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
17 may 2024 | 12:21
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşlar qəbul edilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi köməklik və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.