Rayon İcra hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu keçirilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib. Bu məqsədlə, rayon İcra Hakimiyyətinin inzibati binasında RİH Başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, xidmət sahələrinin rəhbərlərinin birgə iştirakı ilə vətəndaşların müraciətləri dinlənilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, ünvanlı dövlət sosial yardımının təyin olunmasına kömək eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələr verildi.