Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların qəbulu keçirilib

17 noyabr 2023 | 12:51

Daşkəsən Rayon İcra Hakimiyyətində vətəndaşların mütəmadi qəbulları keçirilir, müraciətləri dinlənilir. Qəbulda 16 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, yanacaq üçün odun verilməsi,  maddi köməklik, özünəməşğulluq  proqramı çərçivəsində aktivlərlə təmin olunma, əlliliyinin təyin edilməsinə kömək və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər