Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Qabaqtəpə kəndində vətəndaşların səyyar qəbulu keçirilib

08 may 2024 | 14:15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə səyyar qəbullar keçirilir. Keçirilən görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov  təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar qəbul-görüşü Qabaqtəpə kəndində keçirib.

Qəbulda RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələri ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

V.Məmmədov bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması, problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir və Rayon İcra Hakimiyyəti bu istiqamətdə bütün mümkün addımları atır.

Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, su keçidinin təmir olunması, nasaz elektrik dayaqlarının dəyişdirilməsi, təbii qaz xəttinin çəkilməsi, kənd ərazisindən axan çay yatağının ətrafına beton bəndlərin quraşdırılması, və digər şəxsi məsələlərlə bağlı olub.

Sakinlər səyyar görüş-qəbulların keçirilməsindən məmnunluqlarını ifadə ediblər, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yaşadıqları ərazidə quruculuq və abadlıq işlərinin aparılmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər