Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Novruz bayramı ərəfəsində şəhid ailələri ilə görüşlər keçirilir

19 mart 2024 | 15:17

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları rayonun idarə, müəsissə və təşkilatların rəhbərləri ilə birgə Novruz bayramı münasibəti ilə əlaqədar şəhid ailələrinə baş çəkir, onlarla görüşlər keçirərək bayram sovqatı təqdim edirlər. 

Görüşlərdə Novruz bayramı münasibəti ilə şəhid ailələri təbrik edilib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən söz açaraq parlaq zəfərlə başa çatmış müharibədə vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb. O cümlədən qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin əziz xatirəsi daima yaddaşlarda qalacaqdır.

Daşkəsənli şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər