Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ DÖVLƏT KOMİSSIYASI DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ İLƏ BİRGƏ RAYON MÜŞAVİRƏSİ KEÇİRİB

28 noyabr 2022 | 18:40

Noyabrın 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq olaraq təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədi ilə keçirilən müşavirədə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev, habelə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Daşkəsən Rayon Komissiyasının üzvləri iştirak ediblər. 

Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov müşavirə iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından salamlayaraq bildirib ki, rayonda narkomanlığa qarşı aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində mübarizə aparılmaqla bu sahədə maarifləndirmə işləri uğurla həyata keçirilir.  

Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyev Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Daşkəsən Rayon Komissiyasının ötən dövrdə gördüyü işlər, keçirdiyi müxtəlif tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.  

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev vurğulayıb  ki, narkotiklərə qarşı mübarizə iki istiqamətdə aparılır: birinci istiqamət – hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması; ikinci istiqamət isə - narkotiklərin qanunsuz dövriyyəsinə qarşı maarifləndirmə yolu ilə mübarizənin aparılmasıdır.

Daşkəsən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis mayoru Vüsal Qurbanov Rayon Polis Şöbəsi tərəfindən aparılan profilaktik işlər və görülən tədbirlər barədə danışıb.

Daşkəsən rayon prokurorunun böyük köməkçisi Nasir Şükürzadə çıxışında bildirib ki, xüsusilə yeniyetmə və gənclər arasında narkomaniya ilə  bağlı maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi zamanın tələbidir. Nasir Şükürzadə həmçinin ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə çərçivəsində rayonda məktəb kollektivləri ilə yanaşı idarə və təşkilatlarda müvafiq dövlət qurumları tərəfindən ciddi şəkildə mübarizə apardığını, yaranan problemlərin aradan qaldırılması istiqamətində müxtəlif profilaktik tədbirlərin həyata keçirdiyini diqqətə çatdırıb.

Digər çıxışlarda da deyilib ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələri, kitabxanalar, idman təşkilatları, eləcə də ictimaiyyətin rolu böyükdür.

Müşavirədə təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılmış lazımi metodiki tövsiyələr və  köməkliklər göstərilmişdir. Eyni zamanda Dövlət Komissiyası tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları, həmçinin elektron daşıyıcılarda təbliğat materialları təqdim edilib.

 

 Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər