Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Mollahəsənli kəndində səyyar qəbul keçirilib

01 fevral 2024 | 15:03

Fevralın 1-də rayonun Mollahəsənli kənd sakinləri ilə keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq Mollahəsənli kənd sakinləri ilə görüşün keçirildiyini bildirdi. O, qeyd etmişdir ki, qəbulların keçirilməsində məqsəd sakinləri narahat edən məsələləri yerində öyrənmək və rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Daha sonra Möhtərəm Prezident cənab İlham Əliyevin ali diqqət və qayğısı altında ölkəmizdə həyata keçirilən iri miqyaslı layihələrdən, respublikamızda, eləcə də rayonda aparılan tikinti, quruculuq və abadlıq işlərindən danışılıb.

Səyyar qəbul zamanı kənd sakinləri əsasən məşğulluq, heyvandarlığın inkişafı üçün kreditin götürülməsinə kömək, maddi yardım, kənd yollarına asfalt örtüyünün salınması və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Müraciətlər rayon rəhbəriliyi tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər