Leysan yağışları nəticəsində Quşçu kəndində yararsız hala düşmüş kənddaxili yollar bərpa edilib.
11 iyun 2024 | 18:28
Son günlər Daşkəsən rayonuna yağan yağışların təsirindən bir çox kənddaxili yollarda insanların gediş-gəlişində müəyyən çətinliklər yaranmışdı. Daxili imkanlar hesabına müvafiq tədbirlər görülməkdə davam edir.
“AzerGold” QSC-nin dəstəyi ilə leysan yağışları nəticəsində rayonun Quşçu kəndində yararsız hala düşmüş kənddaxili yollar bərpa edilib.