Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“KORRUPSİYAYA QARŞI MÜBARİZƏ VƏ ETİK DAVRANIŞ QAYDALARI” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

29 noyabr 2022 | 11:41

Noyabrın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətində dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi  və onun tabeliyindəki tibb müəssisələrinin əməkdaşları üçün “Korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizə”, “Etik davranış qaydaları” mövzusunda təlim keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov təlimin Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin və 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamla təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın  1.6-cı bəndinin icrasının təmin edilməsi məqsədi ilə keçirildiyini diqqətə çatdırıb,  “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda məruzə ilə çıxış edərək etika anlayışı, etikanın dövlət qulluğunda əhəmiyyəti, etik davranış qaydaları haqqında sənədlər, etik davranış qaydalarının növləri barədə iştirakçılara məlumat verib.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyev isə “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” mövzusunda təqdimatını edib.

Təlimdə həmçinin korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, mübarizə metodları və vasitələri, bu sahədə əldə edilmiş nailiyyətlər, eləcə də korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi və digər məsələlər müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.

Dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu mövzuda təlimlər davam etdiriləcəkdir.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər