İcra başçısı tərəfindən 09.08.2024-cü il tarixdə növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi köməklik, iri buynuzlu davarlarının xəstəliklərə qarşı peyvənd olunması, evinin təmir olunmasına kömək, ev növbəsinə götürülməsi, əlilliyinin bərpa olunması, ünvanlı dövlət sosial yardımın təyin edilməsinə kömək və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.