İcra başçısı Orxan Abbasov tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
26 iyul 2024 | 19:15
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, əlilliyin bərpası, evinin dam örtüyünün təmir olunmasına kömək, yataqxana binasına qaz xəttinin çəkilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.