İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edib
Aprelin 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov "Daşkəsən rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində Daşkəsən və Göygöl rayon sakinlərini qəbul edib.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov qəbuldan öncə Daşkəsən şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Agentliyin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən müayinə-müalicə, dərman təminatı, iş və əmək münasibətləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.