Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ ƏRAZİ İLK PARTİYA TƏŞKİLATLARINDA GÖRÜŞLƏRƏ START VERİLİB

01 fevral 2023 | 10:47

Fevralın 1-də YAP Daşkəsən rayon təşkilatı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə ərazi ilk partiya təşkilatlarında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə görüşlərin keçirilməsinə başlayıb.

Rayonun Alunitdağ qəsəbəsi, Gurbulaq, Əmirvar, Güneykənd və Qabaptəpə kəndlərində keçirilmiş görüşlərdə Daşkəsən RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Orxan Həsənov, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev, RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Malik Ələsgərov, YAP rayon təşkilatının sədri Meydanəli Yolçiyev, YAP rayon təşkilatının sədr müavini Elşən Alıyev, YAP rayon təşkilatının məsul işçisi Sərdar Xıdırov,  çoxsaylı YAP fəalları və sakinlər böyük ruh yüksəkliyi ilə iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Görüşlərdə Ulu Öndər Heydər Əliyevin siyasi irsi, habelə onun əvəzsiz xidmətləri qeyd olunub və geniş müzakirələr aparılıb.

RİHBA-nın məsul işçisi Elmar Əliyev bildirib ki, belə tədbirləri keçirməkdə məqsəd Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti, habelə müstəqil Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə xüsusilə gənc nəsli məlumatlandırmaq və təbliğ etməkdir.

Görüş iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xalqımız və Vətənimiz üçün gördüyü misilsiz işlərdən, müstəqil Azərbaycanın inkişafı naminə apardığı uğurlu mübarizədən səmimi minnətdarlıq hisləri ilə söz açaraq Ulu Öndərimizin siyasi varisi Prezident cənab İlham Əliyevin ətrafında həmişə olduğu kimi sıx birləşdiklərini bildiriblər.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər