“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar təşkil olunub
Noyabrın 26-da Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Daşkəsən Rayon İcra Hakimiyyəti “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici seminar keçirib.
Tədbir “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.1-ci bəndinin (hər il noyabrın 25-dən dekabrın 10-dək beynəlxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının keçirilməsinin icrası ilə bağlı təşkili) icrası məqsədi daşıyıb.
Seminarda məişət zorakılığı sahəsində hüquqi maarifləndirmənin vacibliyi diqqətə çatdırılıb. Həmçinin zorakılıq nədir, məişət zorakılığının növləri və Azərbaycan Respublikasının qanunvericiliyində zorakılıq hallarına qarşı qəbul edilmiş qanunlar, hüquq-mühafizə orqanları tərəfindən zorakılıq hallarının aşkarlanması, mühafizə orderi və bu sahədə mübarizə tədbirlərindən bəhs edilib.