Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

FHN-nin Gəncə Regional Mərkəzi Daşkəsən rayonunun Xoşbulaq kəndində sel, daşqın, subasma və torpaq süşməsi hadisələri zamanı təhlükəsizlik və davranış qaydalarına dair əhali arasında maarifləndirmə aparıb

07 may 2024 | 17:51

Mayın 7-də Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə rayonun Xoşbulaq kəndində əhalinin sel, daşqın, subasma və torpaq sürüşməsi hadisləri zamanı davranış və fəaliyyət qaydaları barədə maarifləndirilməsi məqsədilə görüş keçirib. 

Sakinlərlə Güney-Zağalı su hövzəsinin sahilində təşkil olunan görüşdə yaz aylarında yağıntıların miqdarının çoxalması, qar və buzların əriməsi səbəbindən dağ çaylarında suların səviyyəsinin artması, bunların da öz növbəsində insanların həyatına, fərdi yaşayış evlərinə və təsərrüfatlara təhlükə yaratması, sel, daşqın, subasma və torpaq süşməsinin qarşısının alınması üçün görülməli təxirəsalınmaz tədbirlər barədə  danışılıb, əhali arasında bu sahədə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti qeyd edilib. Habelə fövqəladə halların təsnifatı, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sakinləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər