Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

FHN-in Gəncə Regional Mərkəzi Daşkəsən rayonunda müşavirə keçirib

17 iyul 2024 | 16:04

İyulun 17-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Daşkəsən rayonunda “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda müşavirə keçirilib.

Toplantıda Nazirliyin aidiyyəti yerli qurumlarının, Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak edib.

Müşavirə iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından salamlayan Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov giriş nitqində tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizə sahəsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.

Digər çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra təkliflər veriblər.

Sonda suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb.

Keçidlər