Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Ətraf mühit və uşaq hüquqları”

24 oktyabr 2024 | 17:18

Oktyabrın 24-də “Uşaq hüquqları aylığı” çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Ombudsmanın Qərb Regional Mərkəzinin və rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə “Ətraf mühit və uşaq hüquqları” adlı tədbir keçirilib.

Ombudsmanın Qərb Regional Mərkəzin direktoru Səbuhi Abbasov bildirib ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini və noyabr ayında ölkəmizin mötəbər beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcəyini nəzərə alaraq, iqlim dəyişmələri və onun fəsadlarından təsirlənən əhali qrupu kimi uşaqların hüquqlarının müdafiəsi, onların bu istiqamətdə məlumatlandırılması, müzakirələrdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətin həssas təbəqəsi kimi uşaqların ehtiyaclarının hərtərəfli təmini, onların daim diqqət mərkəzində saxlanılması, ahəngdar inkişafı, layiqli şəxsiyyət kimi yetişməsi ölkəmiz üçün olduqca vacib amillərdəndir. Səbuhi Abbasov məktəblilərin diqqətinə onu da çatdırıb ki, bütün uşaqların normal böyüməsi, inkişafı və sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühitin olması zəruridir.  Çünki sağlam ətraf mühit uşaqları qoruyur. Konstitusiyamıza əsasən,  hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.  Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

Sonra Daşkəsən RİH-nin YYÇİHMK-nın məsul katibi Elxan Hüseynzadə, rayon Təhsil Sektorunun əməkdaşı Ayxan Fərəcli, Gənclər və İdman Sektorunun baş məsləhətçisi Rəşail Babayev çıxış edərək mövzu ilə bağlı münasibətlərini bildiriblər.

Tədbirin sonunda şagirdlərin fikirləri dinlənilib və müzakirə aparılıb.

 

Keçidlər