Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Əsas məqsədimiz vətəndaş məmnunluğunun təmin olunmasıdır

08 mart 2024 | 11:46

Vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət hər bir dövlət qurumunun fəaliyyətinin aynası hesab olunur. Bu işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi imkanlardan insanların bəhrələnməsinin təmin olunmasıdır.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun yaşayış məntəqələrində - kənd və qəsəbələrində keçirilən səyyar qəbul-görüşlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin müsbət həlli bağlı daim təxirəsalınmaz işlər görülür və icrası nəzarətdə saxlanılır.

Sakinləri narahat edən edən məsələlərdən biri də ərazilərdə internetin olmaması idi. Bununla bağlı Daşkəsən RİH tərəfindən aidiyyəti qurumlara ünvanlanmış müraciətlər nəticəsində problemin həlli istiqamətində işlərə başlanılmışdır.

Belə ki, “Aztelekom” MMC-nin Qərb Regional Filialının Daşkəsən şöbəsi tərəfindən həmin kəndlərdə əhalinin keyfiyyətli və sürətli internet xətti ilə təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və qəzalı vəziyyətdə olan dayaqlar yenisi ilə əvəz edilmişdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatoru olan “Aztelekom” MMC-nin Qərb Regional Filialının Daşkəsən şöbəsinin ərazisində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi davam etdirilir.

Hazırda rayon üzrə 5 istiqamətdə layihə hazırlanmış və işlərin icrası yüksək sürətlə davam edir. Quşçu, Bayan, Kəmərqaya, Aşağı Daşkəsən kəndlərində, Quşçu və Quşçu Körpüsü qəsəbələrində ümumilikdə ərazidə 1327 ev təsərrüfatının genişzolaqlı internet şəbəkəsinə çıxış imkanının yaradılması üçün işlər son tamamlama mərhələsindədir. Hazırda ümumilikdə 452 ədəd dayaq basdırılmış, təqribən 12 km Fibro optik xətt çəkilmişdir. Qısa müddət ərzində həmin kənd və qəsəbələrdə yeni xidmətlərin paylanılmasına başlanılacaqdır.

2025-ci ilin sonuna qədər rayonun bütün yaşayış məntəqələrində sakinlərin GPON şəbəkəsinə qoşulma imkanı təmin edilməsi nəzərdə tutulmuşdur.

Yeni fiber-optik GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri və digər xidmətlər təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

 

  • İnternet
  • internet+telefoniya
  • internet+televiziya
  • internet+telefoniya+televiziya paketi (3-ü birində)

 

Keçidlər