Əsas məqsəd vətəndaş məmnunluğunun təmin olunmasıdır
Vətəndaşlara xidmət və müraciətlərinə həssas münasibət hər bir dövlət qurumunun fəaliyyətinin aynası hesab olunur. Bu işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi imkanlardan insanların bəhrələnməsinin təmin olunmasıdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən şəhər, kənd və qəsəbələrdə keçirilən səyyar görüşlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı təxirəsalınmaz işlər görülür.
Belə ki, Daşkəsən şəhər sakinləri tərəfindən şəhərin bəzi küçələrində asfalt yollarda çalaların yaranması səbəbindən avtomobillərin hərəkətində müəyyən çətinliklərin yaranması ilə bağlı müraciətləri olmuşdur. Bununla əlaqədar "31 nömrəli Yol İstismarı” MMC tərəfindən həmin yollarda cari təmir işləri aparılmış, müvafiq tədbirlər həyata keçirilmişdir.
Bu istiqamətdə işlər davam etdirilir.