Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Əmirvar kəndində səyyar qəbul keçirilib

20 iyun 2024 | 07:53

 

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində sakinlərlə səyyar qəbul-görüşlər keçirilir. Məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar görüş Əmirvar kəndində keçirilib.

Qəbulda RİHBA-nın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov sakinlər qarşısında çıxış edərək vurğulamışdır ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edilmiş, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatlar uğurla və ardıcıl şəkildə həyata keçirilmişdir.

Bunun nəticəsi olaraq ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2020-ci ildə Vətən müharibəsində qazanılmış şanlı Zəfər nəticəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin olunmuşdur. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə qanunsuz silahlı birləşmələr zərərsizləşdirilmiş, kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, dövlətimizin suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir, doğma yurd-yuvasından didərgin salınaraq illərlə məcburi köçkün həyatı yaşamağa məhkum olunmuş soydaşlarımız ləyaqətli şəkildə əzəli torpaqlarına qayıdırlar. 

Kənd sakinləri  Daşkəsən-Əmirvar avtomobil yolunun bəzi hissələrində yaranmış çalaların təmir olunmasını, kəndə təbii qaz xəttinin çəkilməsini, sel sularının yaratdığı fəsadların aradan qaldırılmasını, tibb məntəqəsinin yaradılması və ixtisaslı kadrla təmin olunmasını, həyətyanı torpaq sahələrinin şəhadətnamələrinin verilməsinə kömək edilməsini, fərdi yaşayış evinə elektrik xəttinin çəkiməsini və digər şəxsi müraciətlərini ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbərliyi tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Rayon Polis şöbəsinin rəisi polis polkovniki Seymur Əfəndiyev sakinlərə onlayn bank əməliyyatları zamanı öz bank kart məlumatlarını digər şəxslərə verməmələrini tövsiyə etmişdir.

Kartdan karta sisteminin yayıldığı vaxtda, ümumiyyətlə, bank kartlarının tətbiqinin çoxaldığı dövrdə kibercinayətkarlığın çoxaldığını vurğulamış, təəssüf hissi ilə vətəndaşlarımızın da kiberdələduzların qurbanına çevrildiyini qeyd etmişdir. S.Əfəndiyev bir daha hər kəsi kibercinayətkarlardan qorunmağa çağırıb. Belə halla qarşılaşdıqda dərhal rayon Polis şöbəsinə məlumat vermələrini xahiş edib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər