Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib.

12 mart 2024 | 16:10

Martın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Daşkəsən rayonunda Daşkəsən və Samux rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbul zamanı vətəndaşlar sosial təminat növləri üzrə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq və peşə hazırlığı proqramlarına, bərpa müalicəsinə cəlb olunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Nazirliyin səlahiyyət dairəsinə aid olan müraciətlərin bir qismi yerində araşdırılaraq cavablandırılıb.  Müraciətlərdə əksini tapan digər məsələlərin həlli isə tədbir görülməsi məqsədilə nəzarətə götürülüb.

Keçidlər