Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Əhmədli kəndində növbəti səyyar qəbul-görüş keçirilib

28 fevral 2024 | 15:12

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Əmirvar kənd inzibati ərazi dairəsinin Əhmədli kəndində keçirib.

Qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, rayon Ağsaqqallar şurasının və YAP rayon təşkilatının sədrləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

V.Məmmədov qəbulda bildirib ki, Azərbaycan daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın bayram əhval-ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçirdilər. Bu baxımdan növbədənkənar prezident seçkiləri 44 günlük Zəfər savaşının və uğurlu antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənəcək möhürü oldu və bu səbəbdən Zəfər seçkisi kimi tarixə yazıldı. Bu seçkilərin tariximizdə analoqu olmayan hadisə sayılmasının daha bir özəlliyi isə qalib Xalq-qalib Lider tandemi idi.

Bütün beynəlxalq və yerli müşahidəçilərin, həmçinin, digər namizədlərin rəylərində əks olunduğu kimi tam ədalətli, şəffaf şəkildə keçirilən seçkilər dünya demokratiyası üçün də bir örnək oldu. 

V.Məmmədov fevralın 14-də Milli Məclisdə keçirilən  respublika Prezidentinin andiçmə mərasimindən, həmin mərasimində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək illərdə ölkənin tutacağı xətt ilə bağlı  söylədiyi proqram xarakterli geniş nitqdən  danışıb.

“Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir”, prezident növbəti illərin əsas prioritetləri kimi bunları qeyd etdiyini vurğulayıb.

Sonra qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.

Qəbulda sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edilib.

Sonra sakinlərin müraciətləri dinlənlib.

Kənd sakinləri Daşkəsən-Əmirvar yolunun bəzi hissələrinin yük maşınları tərəfindən yararsız hala salınmasının qarşısının alınması, işlə təmin olunma, əraziyə internet və təbii qaz xəttinin çəkilməsi, məktəbə su xəttinin çəkilməsi, oğlunun işdən çıxarılarkən son haqq-hesabının ödənilməməsi, sel sularının yararsız hala saldığı kənd daxilində olan su keçidlərinin  bərpası və şəxsi digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbərliyi tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, yerlərdə bu cür qəbulların təşkil edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər