Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

ƏHƏD ABIYEV ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN ATƏŞƏ TUTDUĞU DAŞKƏSƏNİN TƏZƏKƏNDİNDƏ SƏYYAR QƏBUL KEÇİRİB

13 oktyabr 2022 | 15:01

Oktyabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Ermənistanla həmsərhəd Təzəkənd kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən icra başçısı Əhəd Abıyev bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Praqaya səfəri, keçirdiyi uğurlu görüşləri, əldə olunmuş nəticələr qalib komandanın dünyada böyük nüfuzunun göstəricisi olmaqla, həyata keçirdiyi qətiyyətli siyasətinin növbəti böyük qələbəsidir. Ən əsası isə odur ki, yekun sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunmuşdur.

İcra başçısı Əhəd Abıyev Daşkəsənin Təzəkənd istiqamətində dövlət sərhədimizdə Ermənistanın vaxtaşırı təxribatlar törətməsinə, ərazini atəşə tutmasına baxmayaraq, ordumuz tərəfindən hər zaman lazımi cavab tədbirlərinin görüldüyünü və kənddə həyatın öz normal axarında davam etdiyini diqqətə çatdırıb.   

Əhəd Abıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə əldə edilən uğurlar nəticəsində Daşkəsəndə də əhalinin həyat səviyyəsinin yaxşılaşdığını, o cümlədən  rayonda bir sıra mühüm layihələrin həyata keçirildiyi barədə geniş məlumat verib. Xüsusilə vurğulayıb ki, cari ildə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması işləri nəticəsində Qabaqtəpə inzibati ərazi vahidliyində yerləşən Təzəkənd kəndinin də ən böyük problemi olan yol məsələsi həllini tapıb, gediş-gəliş asanlaşıb. Həmçinin kəndin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı yenidən qurulub, əhalinin məşğulluğunun təmin edilməsi üçün işlər aparılıb.

Sonra Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib. Müraciətlər kəndə qaz xəttinin çəkilməsi, mobil rabitənin keyfiyyətinin yaxşılaşdırılması və digər şəxsi məsələlərlə bağlı olub.

Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verib. Müraciətlərin qismi yerində həll edilib, bir qismi də çatdırılması üçün nəzarətə götürülüb.

Təzəkənd kənd sakinləri  onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər