Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Daşkəsən rayonunda vətəndaşların qəbulunu keçirib

29 noyabr 2024 | 17:03

Noyabrın 29-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Daşkəsən şəhərində Gəncə şəhərindən, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.

Namiq Hümmətov səfər çərçivəsində həmçinin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla görüşərək,  şəhərin Baş Planının icra vəziyyəti, sakinlərin həyat keyfiyyətini yüksəltmək və rahatlığını təmin etmək məqsədilə ictimai məkanların yaradılmasına dair planlaşdırılan işləri müzakirə edib.

Daha sonra vətəndaşlarla keçirilən qəbulda torpaq münasibətləri və tikintiyə icazə icraatı ilə bağlı suallar cavablandırılıb, şəhərsalma qanunvericiliyinin tələbləri və prosedurları barədə ətraflı məlumat verilib.

Keçidlər