Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair 2023-cü il üzrə hesabatın müzakirəsi keçirilmişdir
Daşkəsən Rayon İcra Hakimiyyətində RİH başçısı aparatı və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə inzibati vəzifə daşıyan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsi keçirilmişdir.
İclas Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3-cü yarımbəndinin icrası ilə əlaqədar təşkil olunmuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə məlumat verdi. Müzakirənin yekununda təlimlərə tələbatları müəyyən edilən dövlət qulluqçularının cari ildə əlavə təhsilə və təlimlərə cəlb edilməsi, həmçinin yüksək nəticə göstərən dövlət qulluqçularının mükafatlandırılması qərara alındı.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən Daşkəsən rayonunda dövlət qulluqçuları üçün təlimlərin, “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” və müxtəlif mövzularda təqdimatlar və müzakirələrin həyata keçirildiyi vurğulanıb.
Diskussiya şəklində keçən müzakirələrin sonunda dövlət qulluqçularına müvafiq tapşırıq və tövsiyələrini verildi, gələcək fəaliyyətlərində uğurlar arzulandı.